
Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İkinci cəhd imtahanları isə iyul ayında keçiriləcək.
Gender.az xəbər verir ki, II və III ixtisas qrupları üzrə ikinci cəhd imtahanı iyulun 5-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 12-də təşkil olunacaq.
Yaz qəbul imtahanlarında ümumilikdə 20 nəfər imtahandan xaric olunub. Onlardan 19 nəfər abituriyentlər, 1-i isə nəzarətçi-müəllimdir.
Belə ki, mayın 24-də II və III ixtisas qrupları üzrə keçirilən imtahan zamanı 9 nəfər imtahandan xaric edilib. Onlardan 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı" saat aşkar olunub.
İyunun 7-də I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda isə 11 nəfər kənarlaşdırılıb. Həmin şəxslərdən 10 nəfərdə mobil telefon aşkarlanıb.
Bundan əlavə, üzərində "ağıllı" saat aşkar edilən bir nəzarətçi-müəllim də imtahandan uzaqlaşdırılıb.
Dövlət İmtahan Mərkəzi baş vermiş faktlarla bağlı araşdırma aparır.