Xəbər lenti
Reklam
Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.
 
Gender.az xəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb. 
 
“Məmnuniyyətlə bildirirəm ki, peşəkar fəaliyyətimdə yeni bir mərhələyə qədəm qoyaraq ölkəmizin dağ-mədən sənayesində mühüm rol oynayan, qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alan “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə başlamışam”, - deyə o öz sosial şəbəkə hesabında yazıb./modern.az

Tarix: 04 iyun 2026
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş