Redaktor seçimi
    Qarabağa bir erməni qayıtsa... - Millət vəkili
Xəbər lenti
Reklam
3 taksi sürücüsünün yerinə imtahana girmək İSTƏDİLƏR

Oktyabrın 27-də və noyabrın 3-də taksi minik avtomobili sürücüləri üçün keçirilən imtahanlarda 3 nəfərin başqasının yerinə imtahanda iştirak etmək cəhdi müəyyən olunub.
Gender.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, bu qayda pozuntusu hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Həmin şəxslər barəsində təqdim olunmuş məlumatlar əsasında hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Mərkəz tərəfindən əvvəlki illərdə keçirilmiş digər növdən olan imtahanlarda - xüsusilə ali təhsil müəssisələrinə qəbul imtahanlarında bəzi abituriyentlərin əvəzinə başqa şəxslərin imtahan binasına daxil olmağa cəhd halları müəyyən edilib. Həmin faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və həmin şəxslər məsuliyyətə cəlb edilib.
Mərkəz bir daha vətəndaşların nəzərinə çatdırır ki, belə məsələlərdə diqqətli olmalı, heç bir halda qanunun pozuntusuna şərait yaradılmamalı və müəyyən insanların şirnikləndirici təkliflərinə məhəl qoyulmamalıdır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Tarix: 05 noyabr 2024
Baxış: 58

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş