Redaktor seçimi
    Azərbaycanın ən varlı şəxsləri - Siyahıda görün kimlərin də adı var
Xəbər lenti
Reklam
“McDonalds”a qarşı qrup iddiası qaldırıldı

ABŞ-də istehlakçılar burgerlərində bağırsaq çöpləri aşkar edildikdən sonra “McDonald's”a qarşı qrup iddiası qaldırıblar.
Gender.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Çikaqoda federal məhkəmədə açılan iddiada Amanda Makkrey və Uilyam Maykl Kraft “Royal Çizburger” aldıqdan sonra bağırsaq çöpləri ilə əlaqəli müxtəlif simptomlar yaşadıqlarını bildiriblər
İddiaçılar infeksiyaya yoluxmuş bütün amerikalılar üçün təzminat tələb ediblər.
Qeyd edək ki, oktyabrın 23-də ABŞ-də 49 nəfərin bağırsaq çöplərinə yoluxduğu bildirilib. Onların hamısı zəhərlənmədən əvvəl “McDonald's” burgerləri yeyiblər. Oktyabrın 25-də restoranlar şəbəkəsinə qarşı 50 min dollar məbləğində ilk məhkəmə iddiası məlum olub.

Tarix: 30 oktyabr 2024
Baxış: 47

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş