Xəbər lenti
Reklam
Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alındı


Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsini müşahidə edib, dərhal aidiyyəti üzrə məlumat verməklə ərazini nəzarətə götürüblər.

Bu barədə Gender.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görür, hərəkətin nizamlanmasını təmin edirlər.

Tarix: 28 oktyabr 2024
Baxış: 119

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş