Xəbər lenti
Reklam
Razinin keçmiş sevgilisi ilk dəfə danışdı: "Daha susmayacağam" - FOTO

2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyeva ilə onun sabiq sevgilisi Ziya Hüseynzadə arasında məhkəmə prosesi davam edir. Bir neçə ay bundan əvvəl R.Əliyeva sosial şəbəkələrdə etdiyi paylaşımlarda iş adamı Ziya Hüseynzadənin ona qarşı zor tətbiq etməkdə günahlandıraraq hüquq mühafizə orqanlarına müraciət etmişdi.
Qarşı tərəf Ziya Hüseynzadə ilk dəfə olaraq baş verənlərə münasibət bildirib.
Gender.az xəbər verir ki, metbuat.az-a açıqlamasında Z.Hüseynzadə deyib ki, onun haqqında olan şikayətlər şər-böhtandan ibarətdir.
Ziya Hüseynzadənin açıqlamasını təqdim edirik:
Mən Hüseynzadə Ziya bildirirəm ki, mənim barəmdə cinayət işinin açılmasına səbəb şər-böhtan xarakterli saxta yazışmaların və şəkillərin sosial şəbəkədə yayılması olmuşdur. Həmin şəkillərin yayılmasına səbəb isə mənim evli olduğumun öyrənilməsinə, həmçinin məndən borca aldığı külli miqdarda pul vəsaitimi və digər əmlakımı qaytarmaması, ailəmi və işguzar nüfuzumun məhv edilməsi məqsədi ilə həyata keçirilmişdir.


Raziyyat (Razi kimi tanınan) tərəfindən paylaşılmış fotoşoplu şəkillər və video ilk öncə güya 2023-cü ilin may ayına aid olduğu iddia edilmiş, lakin araşdırma zamanı məlum olmuşdur ki, paylaşılmış foto şəkillər 2022-ci ilə aiddir. Həmçinin, cinayət işi üzrə ekspert rəyi alınmış və həmin ekspert rəyi 2022-ci ildə tibb müəssisəsi tərəfində verilmiş saxta arayışa əsaslanmışdır, bundan başqa həmin xəsarətlərin yetirilməsi mənim tərəfimdən olmamış və ümumiyyətlə həmin dövrdə Raziyyat Əliyevanın hər hansı xəsarətlərin olmamasına dair kifayət qədər sübutların olmasına baxmayaraq, onun şər-böhtanlı ifadəsi əsasında mənə əlavə olaraq yeni əsassız ittiham irəli sürülmüşdür (AR CM-nin 127 az ağır həsarət və 133 işgəncə - maddələri üzrə). Qeyd olunan ittihamları təkzib edən faktlar – şikayətçinin güya- onun ev dustaglığında olduğu zamanı baş verdiyini iddia etmişdir( Sentyabr - Dekabr 2022).
Əksinə olaraq həmin dövrdə məhz – şikayətçı Əliyeva Raziyyat (Sentyabr - Dekabr 2022) rəfiqələri ilə çoxsaylırestoranlarda istirahət etdiyini vəmənim uzun müddət ərzində ailəmlə xaricdə səfərlərdə olduğunu təsdiq edən sübutlar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı ŞəhərProkurorluğunatərəfimdən təqdim olunub və cinayət iş materiallarına əlavə olunmuşdur. Niyə məntiqli cəhətdən şikayət etməkdənsə məndən şəhərdə və restoranlarda gəzərkən, həmçinin bahalı hədiyyələr üçün pul vəsaitləri məndən alırdı? 2022-ci ildə işgəncə altında və ev dustağındayaşadığını iddia edən şikayətci mənim ailəmin, valideynlərimin yaşayış binasının bloku garşısında gecədən səhərədək məni və ailə üzvlərimi izləmiş və iş ofisimin qarşısında saatlarla məni izləmişdir. “Güya ev dustağı olan” - Əliyeva Raziyyat bu izləmələri necə yerinə yetirə bilərdi?
Şikayətçi şər-böhtanının mənimlə üzləşmədə ifşa olunacağını dərk edərək, mənim dəfələrlə tələb etdiyim üzləşmələrdən, əsaslı səbəb olmadan, yayınmış və istintaqa heç mobil telefonunu baxış üçün verməmişdir, buna səbəb şər-böhtanlarınüstünün açılacağı idi. Digər ittihamlar (AR CM-nin 182 Hədə-qorxu ilə əmlaktələb etmə və 134 Olüm Hədə maddələri) mənim telefonumun Raziyyat tərəfindən faktiki bloklandığı səbəbindən, güya vatsapp zənglə olmuş uydurma hədələr əsasındaverilib (bloklanmış mobil telefonundan zəng etmək qeyri mümkündür), bunu təkzib edən yazışmalar Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğa təqdim olunub və cinayət iş materiallarına əlavəolunub, ittihamı isə təsdiq edə biləcək hər hansı sübut cinayət işi materiallarında mövcud deyil!


Raziyyat Əliyeva, güya mənim tərəfindən ona avtomobili hədiyyə kimi aldığımı insagram səhifəsində bəyan etmiş, lakin istintaqın sonrakı dövründə şər-böhtanlı ittihamları (AR CM-nin 177 oğurluq, 182 hədəqorxu və 186 əmlaka ziyan maddələri) vermək üçün avtomobili güya öz hesabına aldığını istintaqa bildirmişdir. Bəyan edirəm ki, Raziyyatın bu saxta iddiaları həqiqətə uyğun deyil, həmin avtomobil mənə məxsus olmuş və tərəfimdən alındığı təsdiq edən çoxsaylı faktlardan bəziləri artıq Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Şəhər Prokurorluğa təqdim olunub və cinayət iş materiallarına əlavə olunub. İstintaqa və Prokurorluğa təqdim etdiyimvə edəcəyim çoxsaylı sübutlarım hissə-hissə paylaşımlarda əks etdirəcəyəm.

Mənə qarşı məqsədli təşkil olunmuş qara yaxma kampaniyadan fərgli olaraq mənim heç bir (şəxsi alçaldacaq) və şəxsiyyətinə toxunacaq məlumatı paylaşmaq niyyətim yoxdur. Elə məqamlar var ki, bizim mentalitetə uyğun gəlmir və həm də öz abırıma sığdırmadığından onları paylaşmaq istəmirdim, lakim görəndə ki mən susduqca mənə qarşı əsassız böhtanlar və ittihamlar arta-arta gedir. Bu gündən mənə qarşı edilmiş və ya ediləcək böhtan və şər xarakterli məlumatlar tərəfimdən davamlı olaraq yayımlanacaqdır.
Hazırda istintaqı yekunlaşmış cinayət işinin mənim vəsatətim əsasında yenilənmiş və mötəbər sübutu olmadan, mobil telefonlara baxış keçirilmədən, yalnız qərəzli ifadə əsasında verilşmiş ittihamların ləğv olunmasına, habelə ədalətli, adekvat və müvafiq tədbirlərin Bakı Şəhər Prokurorloğu və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həyata keçiriləcəyinə umid edirəm. \\Metbuat.az

Tarix: 01 dekabr 2023
Baxış: 132

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş