Xəbər lenti
Reklam
“Yeni sistemin istifadəyə verilməsi problemlərin ancaq bir qismini həll edəcək” — Çıxarış almaq asanlaşır?

Mənzillərə çıxarış alınmasını asanlaşdırmaq məqsədlə Daşınmazın Əmlakın Elektron Reyestri və Kadastrı elektorn sistemi yaradılacaq. Artıq mənzil və torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər. Sənədlərin düzgünlüyü system tərəfindən yoxlanılacaq və təsdiqlənəndən sonra tələb olunan dövlət rüsumu da portal vasitəsilə ödəniləcək.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev yeniliyi Demokrat.az-a açıqlamasında dəyərləndirib: 

“Məsələ budur ki, mövcud vəziyyətdə çıxarışı alına bilməyən yüz minlərlə evin sənədlərinin böyük hissəsi yoxdur. Bələdiyyə sərəncamı var, amma onun arxiv kökü yoxdur və ya kadastrları yoxdur. Çatışmayan sənədlərə görə yeni sistem vətəndaşın mövcud sənədlərini də qəbul etməyəcək, etsə də imtina cavabı gələcək. Onsuz da sənədlər qaydasında olsa, vətəndaş rahatlıqla gedib çıxarış ala bilər. Sistemin yaradılması şəffalıq baxmından yaxşıdır, amma təəssüf ki, ora yerləşdiriləcək sənədlər toplusu olmadığına görə bu gün vətəndaşlar əziyyət çəkir. Sovet dövründən qalma ev kitabçası (domovoy knişka) deyilən sənədi olan evlər var, bu gün həmin sənəd növü keçərsizdir. Bələdiyyə sərəncamlarınınsa kadastr planı yoxdur və ya torpaq sahəsi digər təyinatlı torpaqlara aiddir. Yəni, yeni sistemin istifadəyə verilməsi problemin ancaq bir qismini həll edəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb.

Törə Zeynallı
Tarix: 28 noyabr 2023
Baxış: 153

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş