"Rusiya bunun müqabilində rus dilinə dövlət dili statusu verməyimizi istəyir" - Paşinyan
Paşinyan Ermənistanda rus dilinin dövlət dili statusu almasının əleyhinədir.
Gender.Az xəbər verir ki, baş nazir bu barədə canlı yayımda vətəndaşların suallarını cavablandırarkən danışıb.
Paşinyan hesab edir ki, Rusiyada erməni sürücülük vəsiqələrinin tanınması müqabilində Moskva Ermənistandan rus dilinə dövlət dili statusu verilməsini tələb edir.
“Bunu təsəvvür etmək mümkün deyil. Aİİ-nin ən mühüm xüsusiyyəti kapitalın, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkətidir. Təsəvvür edin, ölkəmizdə hansısa rusiyalıya deyirik ki o, sürücü işləyə bilməz, çünki Rusiyada erməni dilinin xüsusi statusu yoxdur. Sürücülük vəsiqələri ilə bağlı arqumentlər o qədər də inandırıcı deyil. Biz rusiyalı tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Fikrimcə, mənim və Ermənistan vətəndaşları üçün erməni dilindən başqa bir dilə dövlət statusu verilməsini təsəvvür etmək çətindir”, – deyə Paşinyan əlavə edib. \\KONKRET.az
Tarix: 24 noyabr 2023
Baxış: 121
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş