Bu binaların sökülməsi ilə bağlı qərar verildi
Sumqayıt şəhərində yerləşən üç yataqxana binası söküləcək.
Gender.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul edilib.
Belə ki, qərara əsasən, şəhərin 29-cu məhəllə ərazisində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonda yerləşən 13 nömrəli yataqxana binaları söküləcək.
Həmin söküləcək binaların yerləşdiyi ərazi abadlaşdırılacaq.
Söküntü işlərinə yaxın vaxtda başlanılacağı gözlənilir.
Tarix: 24 noyabr 2023
Baxış: 130
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş