Azərbaycanda avtomobillərin qiyməti DƏYİŞDİ
Ötən ay avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.
Gender.Az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, 30 min manatadək olan avtomobillərin qiyməti oktyabr ayında 4.7 faiz artıb.
Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində ay ərzində 1.2 faiz artım qeydə alınıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana, ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17 684 ədəd avtomobil və ya 32% artıb.
Ölkəyə gətirilən avtomobillərin 89 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 67 453 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 062 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 279 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Tarix: 24 noyabr 2023
Baxış: 124
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş