Xəbər lenti
Reklam
Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR var: Qısa vaxt ərzində sizin ərizənizə baxılacaq...

Prezident İlham Əliyev noyabrın 17-də “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb.

Bu sistem əmlak bazarına necə təsir edəcək?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Referans.Az-a açıqlamasında bildirib ki, yaradılan informasiya sistemi əmlak bazarına ciddi təsir etməsə də, vətəndaşların işini xeyli asanlaşdıracaq.


“Düşünmürəm ki, bu sistem daşınmaz əmlak bazarında alqı-satqıya, aktivliyə hansısa formada təsir göstərsin. Burada başlıca məqsəd vətəndaş-məmur münasibətlərinin azaldılması, eyni zamanda xidmətin elektronlaşdırılması, vətəndaş məmnuniyyətinin artırılmasıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8-ci və 10-cu maddəsinin tələblərinə uyğun olaraq, vətəndaşlar bütün istiqamətlər üzrə qeyd olunan informasiya sistemi vasitəsilə həyata keçirəcəklər. Bu, o deməkdir ki, vətəndaş ilkin qeydiyyat və yaxud təkrar qeydiyyatla bağlı ərizə və müraciətlərini bu sistem vasitəsi ilə edəcəklər. Qısa vaxt ərzində informasiya sistemi vasitəsilə sizin ərizənizə baxılacaq və müraciətinizə cavab veriləcək”.



Fidan Vəlisoy

Tarix: 21 noyabr 2023
Baxış: 121

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş