Xəbər lenti
Reklam
"Samsung"un rəhbərini 5 il həbs gözləyir

Cənubi Koreya prokurorları “Samsung Group”un baş direktoru Li Çje Yonqun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, o, 2015-ci ildə səhmlərin qiymətlərini saxtalaşdırmaqda, mühasibat fırıldaqlarında, və “Samsung C&T Corp” və “Samsung Cheil Industries Inc”in iki törəmə şirkətinin birləşməsi ilə bağlı vəzifələrin pozulmasında ittiham olunur. Agentlik bildirir ki, bir “Cheil” payı üçün üç “Samsung C&T” səhmini təklif edən birləşmə, Li Çje Yonqa “Cheil”dəki 23,2 faiz payı ilə “Samsung C&T” üzərində nəzarətini gücləndirməyə kömək edib.
Prokurorlar belə qənaətə gəliblər ki, “Samsung C&T”nin iddia edilən devalvasiyası digər investorlar üçün itkilərə səbəb olub. Bundan əlavə, Li Çje Yonq “Cheil Industries”in törəmə şirkəti olan “Samsung Biologics”də mühasibat fırıldaqlarında iştirak etməkdə günahlandırılıb və onun 500 milyon von (təxminən 385 min dollar) cərimələnməsi də istənib.
Dinləmə zamanı Li Çje Yonq birləşmənin “Samsung”un törəmə şirkətlərinin rəqabət qabiliyyətini artırmaq planının bir hissəsi olduğunu deyib və prokurorların öz səhmlərini artırmaq üçün digər səhmdarlara zərər verməyi planlaşdırdığına dair iddialarını rədd edib:
“Sahibkar olaraq, qazanc və iş yerləri yaratmağa davam etmək mənim məsuliyyətimdir. Mən bütün qabiliyyətlərimi yalnız irəliləməyə yönəltmək üçün istifadə edirəm”.
3 ildir davam edən məhkəmənin 26 yanvar 2024-cü ildə qərar verəcəyi gözlənilir.
2021-ci ildə Cənubi Koreya məhkəməsi rüşvət ittihamı ilə Çje Yonqu 2,5 il həbs cəzasına məhkum edib. O, cəzasının yarıdan çoxunu çəkib və ölkə prezidentinin əfvi ilə vaxtından əvvəl azadlığa çıxıb.//Lent.az

Tarix: 19 noyabr 2023
Baxış: 131

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş