Xəbər lenti
Reklam
İstanbulda gizli görüş: “Bizi orada satdılar...”

"Gizli razılaşma var, Rusiya Ermənistanı Qərbə satıb".
Gender.Az xəbər verir ki, bunu erməni hərbi ekspert Armen Ayvazyan deyib.
"Rusiya Ermənistanın mövqeyini dəyişib Qərbə üz tutması üçün hər şeyi edir. Rusiya bu gün Ermənistanın getməsi üçün əlindən gələn qədər çalışır. Bizim gördüyümüz budur", - ekspert bildirib.
"Ermənistanın Qərbə inteqrasiyası Rusiyaya nə üçün lazımdır" sualına Ayvazyan belə cavab verib:
"Bunlar bir növ gizli razılaşmalardır, bunları bəlkə də heç vaxt bilməyəcəyik".
Ekspertin fikrincə, Rusiyanın Ermənistanı Qərbə güzəştə getməsinin bəzi "əlamətlər"i var:
"Bunu 44 günlük müharibə də göstərir (Qərb və Rusiya Ermənistana yardım etmədi). Bunu sentyabrın 19-dan (Azərbaycan ordusunun antiterror tədbirlərindən öncə) cəmi iki gün əvvəl İstanbulda Rusiya, ABŞ və Avropa Birliyinin yüksək rütbəli rəsmiləri arasında Qarabağ məsələsinin müzakirə olunduğu gizli görüş göstərir. Niyə İstanbulda oldu? Bu o deməkdir ki, türklər də həmin görüşdə iştirak ediblər.
Daha bir fakt. 2022-ci il iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri gözlənilmədən Ermənistana gəldi. Üç gün sonra Rusiya xarici kəşfiyyatının rəhbəri Narışkin Ermənistana səfər etdi. Bunlar nə deməkdir? Bu onu göstərir ki, bəzi məsələlərlə bağlı daim danışıqlar aparılır. Təsir zonalarının yenidən bölüşdürülməsi prosesi gedir. Rusiya geri çəkilir və Ermənistanı Qərbə təslim etdiyini göstərmək istəmir. Biz də bilmirik ki, bizi Qərbə təslim edir, yoxsa Türkiyəyə"./Teleqraf

Tarix: 18 noyabr 2023
Baxış: 122

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş