Xəbər lenti
Reklam
"Keçmiş həyat yoldaşımın mənə 8000 borcu var"

"Uzun illərdir ki, həyat yoldaşımdan ayrılmışam. Son 2 ildir ki, aliment alıram. 8000 manat aliment pulu yığılıb. Şəxsi düşüncəm belədir ki, ata mütləq şəkildə aliment ödəməlidir. Çünki əgər uşaqlar anada qalıbsa, deməli, məsuliyyət, xərclər ananın üzərindədir. Ödənilən aliment uşağın nəyinə bəs edir ki? Amma ata ən azından bunu etməlidir".
Bu sözləri müğənni Sevda Sanəliyeva qonaq olduğu "Günə son" ictimai-sosial verilişində deyib. Sənətçi bildirib ki, keçmiş həyat yoldaşı hər ay 170 manat aliment ödəyir: 
"Ataların aliment ödəməklə araları yoxdur. Ayrılanda uşaqlarıma baxa biləcək gücdə idim. İstədim ki, o yalnız uşaqlarına atalıq etsin. Əksər kişilərdə elə bir düşüncə var ki, əgər ayrılırlarsa, uşaqlarından da ayrılırlar. Boşananda da elə bilirlər ki, uşaqlarından da boşanırlar. Axı uşaq sənin də, mənim də uşağımızdır. Uşaqlarımın atasına çox şans verdim, şərait yaratdım ki, onlarla görüşə bilsin. Hətta buna görə bir neçə il də səbr etdim. Alınmadıqdan sonra dedim ki, o zaman aliment ödənilsin. Sonra gördüm ki, o, aliment çox yığılıb. İstədim, tələb etdim… O da xahiş etdi ki, imkanı yoxdur.
Keçmiş həyat yoldaşım aliment verməmək üçün deyib ki, xəstəyəm. Allah şəfasını versin".
Qeyd edək ki, S.Sanaliyeva iki dəfə ailəli olub. Onun iki övladı var.  \\Axşam.az 

Tarix: 16 noyabr 2023
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş