Xəbər lenti
Reklam
Bu cərimələr qanunsuz yazılır, ... - Ekspert

Nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan mülkiyyətçinin avtomobildə olub-olmamasından asılı olmayaraq adına protokol tərtib oluna bilərmi? barədə olub. Bu cərimələrin tərtib edilməsi qanunauyğundurmu və belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidirlər?
Gender.Az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, bu, böyük problemlərdən biridir və məsələdə heç bir qanunauyğunluq yoxdur: 
"İlk olaraq protokol tərtib edilərkən DYP əməkdaşı sürücünün kimliyini dəqiqləşdirməli, onunla üz-üzə görüşməlidir. Məsələ dəqiqləşdikdən sonra müvafiq addımlar atılmalıdır. Onu qeyd edim ki, belə hallarla qarşılaşan vətəndaşlar çoxdur. Bəzən maşın nənənin adına olur və nəvə idarə edir, lakin cərimələr nənəyə gəlir. Əlbətdə ki, bu, qanunaziddir. Bu kimi problemlə üz-üzə qalan vətəndaş şikayət edib məsələnin yenidən araşdırılmasını tələb edə bilər. Biz dəfələrlə belə halların yaşanmasını qınamışıq və tam əminliklə deyə bilərik ki, bu cür cərimənin yazılması qanunsuzdur”.
Sürücülük hüququ məhdudlaşdırılan şəxslər vəsiqəni əldə etmək üçün hansı hallarda yenidən imtahan verməlidir və sürücülük hüququ məhdudlaşdırılan şəxsə bu barədə məlumat hansı formada verilməlidir sualına cavab olaraq hüquqşünas bildirib ki, sürücülük hüququnun məhdudlaşdırılması müddəti 1 il və ondan azdırsa heç bir imtahana ehtiyac yoxdur, lakin bir ildən artıqdırsa mütləq şəkildə vətəndaş yenidən təcrübə imtahanı verməlidir: 
“Sürücülük vəsiqəsinin vaxtının bitməsi ilə bağlı məsələyə gəlincə isə sürücülərin bir ay, ən az 15 gün qabaqcadan məlumatlandırılması çox yaxşı olar. Texnologiya buna imkan verir” - deyə Ərşad Hüseynov qeyd edib. 
Onun sözlərinə görə, son vaxtlar məhkəmələr qanunsuz olaraq vətəndaşın iştirakı olmadan ödənilməyən cəriməyə görə sürücünün hüququnun məhdudlaşdırılması barədə qərar çıxarır. Burada iki qayda pozulur. Birincisi, işə baxmazdan əvvəl məhkəmə vətəndaşı məlumatlandırmalıdır. Ola bilsin ki,vətəndaş cəriməni ödəyər və məhdudlaşdırmaya da ehtiyac qalmaz. Digər tərəfdən isə sürücülük hüququ məhdudlaşdırılan şəxsə qərar barədə heç bir xəbər verilmir. Vətəndaş bunu yol polisi onu saxlayanda öyrənir. Burada da boşluq odur ki, vətəndaş nə vaxt qərardan xəbər tutursa çatdırılma, xəbərdar olunma həmin müddətdən sayılmalıdır.

Tarix: 14 noyabr 2023
Baxış: 132

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş