Xəbər lenti
Reklam
Hraparak: "Koçaryan dolayısı ilə etiraf edib ki..."

Bu gün 44 günlük müharibənin şəraitini araşdıran Ermənistan Milli Məclisinin istintaq komissiyası özünü buraxmış qondarma rejimin “prezidenti” Samvel Şahramanyana yazılı məktub göndərərək onu iclasa dəvət edib. 
Gender.Az “Hraparak”a istinadla xəbər verir ki, separatçı qurum rəsmisi iclas çərçivəsində dindiriləcək. 
Erməni nəşri yazır ki, 44 günlük müharibənin istintaq komissiyasına rəhbərlik edən Andranik Koçaryan ötən gün deyib ki, Şahramanyanı komissiyaya dəvət etmək olar.
Qəzetin məlumatına görə, komissiyanın fəaliyyət müddətinin bitməsinə hələ 1 ay qalıb. A.Koçaryanın sözlərinə görə, müharibə illərində Şahramanyan hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub və onun cəbhə ilə heç bir əlaqəsi olmayıb. Lakin Koçaryan dolayısı ilə etiraf edib ki, Şahramanyanın dindirilməsi komissiyanın funksiyalarından kənardır. 
“Cənab Şahramanyana 44 günlük müharibədən sonra həm silahlanma, həm əhalinin sayının azalması, həm də imzalanmış kapitulyasiya sənədləri ilə haqqında reallıqlarla bağlı bəzi suallar verməyə dəyər”, - o, vurğulayıb. 
Analitiklər iddia edirlər ki, Şahramanyanın dindirilməsi siyasi xarakter daşıyır. Bu, “Artsax” liderlərinə qarşı təqib sayıla bilər. Paşinyan hakimiyyəti bu yolla Qarabağdan gələn narazı erməniləri və onların liderlərini təzyiq altında saxlamağa çalışır. Əgər Qarabağ ermənilərinin timsalında formalaşmaqda olan yeni müxalif hərəkat siyasi iddialarından vazkeçməsə, onların həbsi reallaşa bilər. İstintaq komissiyasının hazırkı fəaliyyəti də buna yönəlib. 
Erməni KİV-nin iddiasına görə, Paşinyan özünün ən böyük baş ağrısından - narazı “Artsax” liderlərindən qurtulmaq üçün ən radikal addımlar atmağa hazırdır. Bu sıraya həm də Qarabağ ermənilərinin rəsmi İrəvandan narazı olan liderlərinin həbsi daxildir. \\Yenisabah.az

Tarix: 14 noyabr 2023
Baxış: 171

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş