Xəbər lenti
Reklam
Paşinyan sülhü bu prinsiplərlə mümkün sayır

Ermənistan Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa ümid edir.
Gender.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda keçirilən panel müzakirəsində deyib.
“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan 29,8 min və 86,6 min kvadratmetr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.
İkinci prinsip - sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.
Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasına aiddir”, - Paşinyan bildirib.\\Bakupost.az


Tarix: 10 noyabr 2023
Baxış: 147

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş