Xəbər lenti
Reklam
Erməni deputat Zaxarovaya QARŞI: "Öz problemləri ilə məşğul olsunlar"

“Rusiya bizim işlərimizə qarışmasın, Mariya Zaxarova və Lavrov kimi adamlar gedib Rusiyanın problemləri ilə məşğul olsunlar”.
Gender.Az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, bu barədə Milli Kommunist Partiyası fraksiyasının deputatı Akop Aslanyan deyib. 
Onun sözlərinə görə, Ermənistan və Rusiya diplomatik qarşıdurma içindədir. 
“Rusiya Ermənistanın KP fraksiyasının üzvü Qurgen Arsenyanı Rusiyaya səfir təyin etməsi ilə razılaşmır. Ermənistan səfir vəzifəsinə təyin olunmaq üçün Qurgen Arsenyanın razılığını gözləmədən hazırkı səfir Vaqarşak Arutyunyanı geri çağıra bilər. Əgər rəsmi İrəvan yeni səfirin razılığı olmadan hazırkı səfiri geri çağırsa, Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin səviyyəsi dərhal aşağı düşəcək. Ermənistan və Rusiya diplomatik qarşıdurma içindədir. Bu qarşıdurma diplomatik qalmaqala çevrilə bilər. Amma Ermənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında artıq daxili söhbət yoxdur və təmaslar sırf rəsmi xarakter daşıyır. Biz iddia etmirik ki, Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin səviyyəsi yaxın günlərdə aşağı düşə bilər,lakin münasibətlərin indiki inkişaf templəri və ya geriləməsi onu göstərir ki, çox vaxt qalmayıb”,- deyə o bildirib. \\News24.az

Tarix: 02 noyabr 2023
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş