Xəbər lenti
Reklam
Sahibkarlarının vergi yükü azaldılacaq

2024-cü ildə Azərbaycan sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və bununla da, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.
Gender.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai vəsosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 %-dən 15 %-ə qaldırılması, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel vəsanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi nəzərdə tutulur.

Tarix: 01 noyabr 2023
Baxış: 122

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş