Xəbər lenti
Reklam
Gələn ilin pensiya artımı belə hesablanacaq

"2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əməkhaqqının 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əməkhaqqının 10,7 faiz artması deməkdir.  Buna görə də  gələn ilin əvvəlində pensiyaların 11% artırılacağını söyləmək olar". 
Gender.az  xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 2024-cü ildə isə orta aylıq nominal əməkhaqqının 5,37 faiz artaraq 980 manata çatacağı  proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında  pensiyaların daha 6 faiz artırılacağını ehtimal etmək olar:
"Sadə rəqəmlərlə ifadə etsək deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaqdır. 
Əlbəttə, bu, verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır. 2024-cü ilin əvvəlində gözlənilən 11 fazilik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür". \\Cəbhə.info

Tarix: 31 oktyabr 2023
Baxış: 156

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş