Xəbər lenti
Reklam
Deputat: “Bu, humanist addım olar”

Deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib ki, bəzi hallarda erkən yaşda nikaha icazə verilməlidir.  
“Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o əlavə edib.
Məsələyə deputat Rüfət Quliyev də Demokrat.az-a açıqlamasında münasibət bildirib:


“Düşünürəm ki, bu, humanist addım olar. İstisna hallarda 17 yaşda nikaha icazə verilməsi normal haldır. Lakin bu kimi hallar həkimlər tərəfindən təsdiqlənməlidir”.

Törə Zeynallı
Tarix: 31 oktyabr 2023
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş