Xəbər lenti
Reklam
"Ermənistan ərazisində müharibə olarsa, Amerika qoşunlarını ora göndərə bilər” - Ekspert
“Mən o qədər də nikbin deyiləm ki, Rusiya Ermənistanı tərk etsə ABŞ regionda nəsə edə bilər”.
Gender.Az 
xəbər verir ki, bu barədə Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Maykl Rubin açıqlama verib.
O, Ermənistanda 150 amerikalı əsgərin iştirakı ilə birgə təlimlər keçirməyi təklif edib.
“ABŞ-ın Ermənistandakı hərbi mövcudluğu lazımdır. Daimi əsaslarla olmasa da, müvəqqəti əsaslarla… Bu zaman Ermənistan ərazisində müharibə olarsa, Amerika qoşunlarını ora göndərə bilər”, – deyə Maykl Rubin vurğulayıb.
O hesab edir ki, ABŞ Türkiyədən Ermənistanla sərhədlərin açılmasını tələb etməlidir.
“Biz bir-birinin ardınca deyil, həm sərt, həm də yumşaq gücdən eyni vaxtda istifadə etməliyik. Bu o demək deyil ki, kiminləsə döyüşmək lazımdır, sadəcə olaraq hərbi amil diplomatiyanın təsirini artırır”, – deyə Maykl Rubin əlavə edib. \\KONKRET.az
Tarix: 26 oktyabr 2023
Baxış: 114

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş