Xəbər lenti
Reklam
BMT-dən Ermənistana ÇAĞIRIŞ

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda diskriminasiya əleyhinə hərtərəfli qanunvericiliyinin olmamasından narahatlığını ifadə edib.
Bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində qeyd edilib.
Sənəddə göstərilib ki, komitə diskriminasiya əleyhinə qanunun qəbulunun ləngidilməsindən, ayrıseçkiliyin bütün formalarını əhatə edən qanunvericiliyin və siyasi çərçivənin olmamasından narahatdır.
Sənəddə həmçinin, məhdud imkanlı və marjinallaşdırılmış fərd və qrupların iqtisadi, sosial və mədəni hüquqlara çıxışda davamlı olaraq ayrıseçkiliyə üzləşdiyi qeyd olunub.
BMT komitəsi Ermənistana diskriminasiya əleyhinə qanunvericiliyinin tətbiqini gücləndirmək çağırışı edib.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT komitəsinin sənədinə münasibət bildirib.
“Ermənistan tərəfindən etnik azərbaycanlılara qarşı uzunmüddətli nifrət və diskriminasiya məsələsi (həm Ermənistanda, həm də keçmiş işğal altındakı Azərbaycan ərazilərində) Azərbaycan tərəfindən 2023-cü ilin yanvarında Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış dövlətlərarası iddiaların özəyini təşkil edir”, - nazir müavini qeyd edib. \\Redaktor.Az

Tarix: 25 oktyabr 2023
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş