Türkan Məmmədli Orxanla bağlı yayılan xəbərlərə münasibət bildirdi
Dünən intihar edən iş adamı Orxan Məmmədlinin dostu ATV-də yayımlanan “Bizimləsən” verilişində bəzi məlumatlar açıqlayıb.
Gender.az xəbər verir ki, ABŞ-də yaşayan Meiza adlı xanım canlı efirə qoşularaq Orxanın evil qadını sevdiyini deyib. Bu açıqlamadan sonra Orxanın jurnalist həyat yoldaşı Türkan Məmmədli İnstaqram hesabında yayılan xəbərə münasibət bildirib.
“Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daim çabalamışam. İki gözəl oğlumuz var, rəsmi boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq hayındasınız. Orxanın ruhunu incitməyin” – deyə Türkan yazıb.