Sülhməramlılar Qarabağ ermənilərinə təhdiddir, bilirsiniz onlar nə edirdi? – Baqdasaryandan şok İDDİA
Qarabağa qayıtmağı arzu edən ermənilər üçün ən böyük əngəl orada fəaliyyət göstərən Rusiya sülhməramlılarıdır.
Bunu məşhur erməni bloger Roman Baqdasaryan videomüsahibəsində deyib.
“Avropanın və Azərbaycanın zəmanəti kifayət etmir. Qarabağda Rusiya hərbi kontingentin mövcudluğu icazə vermir ki, ermənilər özlərini təhlükəsizlikdə hiss etsin. Sülhməramlı əsgərlər ermənilərin əlindən maşınlarını alırdılar, daha sonra rüşvət qarşılığında geri qaytarırdılar. Belə əsgərlərin yanında özünüzü təhlükəsiz hiss edəcəksiniz? Onlar Azərbaycan polisindən təhlükəlidirlər. Çünki azərbaycanlılar arasında heç kim qarabağlı ermənilərdən pul tələb etməyib”, - o belə bir iddia irəli sürüb. \\Ölkə.Az
Tarix: 12 oktyabr 2023
Baxış: 131
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş