Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Azərbaycanda unun qiyməti bahalaşdı - Yeni qiymətlər

Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
Gender.Az Yeniavaz.com-a istinadla xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Ən yükəsk artım Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzində olub. Avqust ayının sonunda burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat 10 qəpik olduğu halda, oktyabr ayının əvvəlində 27 manat 25 qəpiyə qaldırılıb.
Bundan başqa "Dəvəçi-Dəyirman” MMC, "Dəvəçi-Taxıl” MMC, "Şəmkir Un-Yem” MMC və "Sünbül 2012” MMC-yə məxsus topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti son bir ayda 1 manat artıb. 
001d707e27adb7c81d5d099a4beb1c0fun-cedvel-hazir-png.png (311 KB)

Digər topdansatış mərkəzlərində isə 50 kiloqramlıq un kisəsinin qiyməti 95 qəpik artıb. Yalnız bir neçə mərkəzdə unun qiyməti dəyişməz qalıb.
Məlumat üçün onu da qeyd edək ki, ötən ilin dekabr ayından etibarən unun qiymətində davamlı ucuzlaşma müşahidə olunurdu. Məsələn, ötən ilin dekabr ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 38-39 manat arasında dəyişib. Təxminən 8 aydan sonra – bu ilin sentyabr ayında un yenidən bahalaşmağa başlayıb.

Tarix: 11 oktyabr 2023
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş