Nazir Zaqatalada vətəndaşları bu tarixdə qəbul edəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Gender.Az xəbər verir ki, Rəşad Nəbiyev vətəndaşları Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 16 oktyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.
Qəbula 13 oktyabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Tarix: 03 oktyabr 2023
Baxış: 136
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş