Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ceyhun Bayramov Latviya səfirini qəbul edib

Ceyhun Bayramov Latviya səfirini qəbul edib
Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilah prosesi başa çatıb.
"30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələri Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarılıb, onların tərksilah prosesi yekunlaşıb."
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edərkən bildirib.
Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb. \\APA
Tarix: 02 oktyabr 2023
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş