Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ermənilərin rəqəm fırıldağının ŞOK ifşası: Xankəndidə silah parkı təklifi

"Mən təklif edərdim ki, Xankəndidə Hərbi Qənimətlər Parkının filialı açılsın, orada tərk-silah edilmiş qanunsuz hərbi birləşmələrdən müsadirə olunmuş bütün hərbi texnika və silah nümunələri toplansın ki, Xankəndiyə gələn hər bir əcnəbi bunu öz gözləri ilə görsün".
Bunu politoloq Eldar Namazov deyib.
"Görsünlər ki, biz dinc əhali ilə yox, əsl separatçı ordu ilə vuruşurduq. Və heç bir ölkə öz ərazisində belə qeyri-qanuni silahlı birləşmələrin olmasına dözə bilməzdi. Bizim tərəfimizdə təkcə güc deyil, həqiqət və hüquq, o cümlədən beynəlxalq hüquq da olduğundan əminəm ki, istənilən təzyiqə tab gətirəcəyik. Başqa cür ola bilməz", - deyə ekpert rusdilli minval.az-a bildirib.
E.Namazov ermənilərin köçü ilə bağlı Ermənistan tərəfinin açıqladığı rəqəmlərlə bağlı isə bunları deyib: "Onlar həmişə Qarabağ ərazisində guya 120 min erməninin yaşadığı barədə danışırdılar. Amma biz dəqiq bilirik ki, bu qədər erməni heç vaxt orada yaşamayıb. Fakt budur ki, müqəddəs "120 min" rəqəmi altında ermənilərə humanitar yardım göstərilib. Bu, beynəlxalq təşkilatlardan və fondlardan guya maliyyə yardımı alan insanların sayını artırmaq üçün nəzərdə tutulmuş korrupsiya mexanizmi idi.
Və indi də çıxarış başlayanda ermənilərin öz qaynaqlarında dərc etdikləri rəqəmlərə diqqət etdim. Açıq-aşkar fırıldaqçılıq və çirkli manipulyasiyalar artıq aydın görünür. Çıxışın ilk günlərində dərc olunmuş rəqəmlərə baxdıqda, məlum olur ki, bir saat ərzində bir neçə yüz erməni sərhədi keçib Azərbaycanı tərk edir. Bu hal təxminən sentyabrın 26-na qədər davam edib. Sonra statistik xülasələr müvəqqəti olaraq dayandırıldı, təxminən yarım gün ərzində. Sonra rəsmi erməni mənbələri hesabatlar dərc etməyə başladılar. Həmin məlumatlara əsasən, Erməni SBM-in gücü, demək olar ki, üç-dörd dəfə artdı. Lakin bu nə fiziki, nə də texniki baxımdan mümkün deyil, çünki yollar genişlənməyib və ya yoxlama məntəqələrinin sayı artmayıb. Bəs nəyə görə qəflətən belə sıçrayış oldu? 1500 nəfərin saatda keçməsi necə mümkündür?
Cavab zahirən belədir: açıq-aydın saxtakarlıq və manipulyasiya, ermənilər sərhədi keçdiyi iddia edilənlərin ümumi sayını elan edilmiş saxta məlumatlara uyğunlaşdırmağa çalışırlar. Əks halda böyük beynəlxalq qalmaqal yarana bilər. Onlar üçün ciddi suallar yaranacaq. Yəni uzun illər "ölü canlar"a görə niyə maddi yardım aldınız? Mən Ermənistandan deyil, bizim sərhəd xidmətimizdən səriştəli məlumatların dərcini gözləyirəm və həm də Ermənistan tərəfinin sadə bir suala cavab verməsini istəyirəm: genişlənməmiş postun tutumunu necə 3-4 dəfə artırmaq olar?
Axı əgər hərəkəti riyazi ipə çevirsəniz, məlum olur ki, SBM-dən hər 2-3 saniyədə bir nəfər keçir. Amma dünya praktikasında belə bir qeyd yoxdur, sadəcə, fiziki cəhətdən qeyri-mümkündür".

Tarix: 30 sentyabr 2023
Baxış: 153

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş