Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Vardanyanın həbsi ilə bağlı SENSASİON DETALLAR - Erməni blogerdən açıqlama

“Kimsə düşünürsə ki, Ruben Vardanyan Bakı həbsxanasından canını xilas edəcək, yanılır. Vardanyanın Bakı həbsxanasından çıxması qeyri-mümkündür. Onun Bakı həbsxanasında cəza çəkməsi üçün ciddi əsaslar var”.
Gender.Az xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan özünün videoçıxışında deyib.
“Ruben Vardanyana sipmatiyası olan istər Qarabağ, istərsə də Rusiyadakı ermənilər hesab edirlər ki, o, Bakı həbsxanasından çıxacaq, bu, qeyri-mümkündür. Yüz faiz əmin olsunlar ki, Vardanyan Bakı həbsxanasından canını qurtara bilməyəcək. Bu, dəqiqdir. Çünki onun orada cəza çəkməsi üçün ciddi əsaslar var.
Birincisi, Vardanyan verdiyi müsahibədə dünyanın müxtəlif ölkələrində azərbaycanlı diplomatlara qarşı terror hadisəsi törədəcəyini bəyan edib. Və Azərbaycan bu videonu yaxşı xatırlayır. Məhz buna görə o, qonşu ölkənin həbsxanasıdan çıxmayacaq. Azərbaycan Prezidenti heç bir zaman onun diplomatını ölümlə təhdid edən şəxsi layiqli cəzasını çəkmədən azad etməz.  
İkincisi, Vardanyanın biznes tərəfdaşları və Rusiya onun həbsində maraqlıdır. Ona görə də kimlərsə düşünürsə ki, rusiya onu azad etməyə cəhd edəcək yanılır”, - o qeyd edib.
Rusiyanın Vardanyanı həbsdən çıxarmamasında maraqlı olması və onun üzərindən xətt çəkməsinə gəldikdə isə Baqdasaryan deyib ki, buna səbəb Vardanyanın özünün və dostlarının Rusiyada, xüsusən də prezident Putini aldatması və bütün dünyada maliyyə fırıldağı ilə məşğul olmasıdır.
Baqdasaryan hesab edir ki, Vardanyanın həbsində onun biznes tərəfdaşları da maraqlıdır: “Rubenin səhmlərini ələ keçirmək uğrunda mübarizə aparan, “qara işlərlə” məşğul olan biznes tərəfdaşları onun həbsində maraqlıdır. Bu, bir həqiqətdir.
Ona görə də bir müddət əvvəl Ruben Qarabağa gələndə çox kefsiz idi. O zaman yeganə bloger kimi mən dedim ki, Vardanyan depressiyadadır. Mən dedim ki, bacısı İrəvan küçələrini dolaşaraq yüksək səslə Rubeni Qarabağa zorla göndəriblər. O bunu istəmir. Rusiya onu təhdid edib ki, ya Qarabağ gedib dediklərimizi icra etməlisən, ya da öldürüləcəksən. Ruben də məcbur göndərildiyi üçün hər zaman dilxor idi, kefi açılmırdı. Ruben artıq “vurulmuş kart”dır. Rusiya Rubenə atdı. 
Bunun da bir səbəbi Rubenin İrəvan meriyasına ruslara verdiyi yalançı vəd oldu. İrəvan meriyasına seçkilərdə ruspərəsət qüvvələrin və onun adamlarının məğlub olması, rusları çox pis qəzəbləndirib. Rusiya İrəvan seçkilərinə istədiyi nəticəni əldə edə bilmədiyi üçün Ruben onlara lazım olmadı. Bir lazımsız, istifadə olunmuş “prezervativ” kimi tulladılar. Rusiya öz agentini lazım olmadığı üçün də qurban verdi getdi. Ona görə də kimsə hələ də xəyal edirsə ki, Rubeni Rusiya xilas edəcək, bunu yadından çıxarsın. Azərbaycan da onu hərəkətlərinə görə bağışlamayacaq. Odur ki, onun həbsdən çıxacağını unudun getsin”. \\Ölkə.Az

Tarix: 28 sentyabr 2023
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş