Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Rəşid Mahmudov Qənirə Paşayevanın vəziyyəti ilə bağlı reallığı AÇIQLADI

Xəbər verdiyimiz kimi,  Millət vəkili Qənirə Paşayevanın  Mərkəzi Klinikada koma vəziyyəti davam edir. O, bir neçə müddətir xəstəxanada süni nəfəs aparatına qoşulub. 
Gender.Az-ın məlumatına görə, Manşet.Az məşhur deputatın vəziyyəti ilə bağlı tanınmış həkim, Tibb Universitetinin dosenti Rəşid Mahmudovla əlaqə saxlayıb. 
O, açıqlamasında Qənirə Paşayevanın vəziyyəti ilə bağlı reallıqları demək lazım olduğunu bildirib:
"Qənirə Paşayevaya qoyulan diaqnoz qeyri-naməlumdur. Elə bu səbəbədən də onun haqqında nəsə demək çətindir. Hər halda müalicə prosesləri davam edir. İnşallah, beyin ölümü keçirməyib, bu halda vəziyyət mürəkkəb olar. Süni nəfəs aparatına qoşulu vəziyyətdə müalicəsi yüksək səviyyədə aparılacaqsa, o  bir həftəyə də, bir aya da geri qayıda bilər. Təbii ki, burada orqanizmin möhkəmliyidə öz sözünü deyir."


Tarix: 28 sentyabr 2023
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş