Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Amerikalı siyasi təxribatçı Qarabağ sualına belə reaksiya verdi


Biz Ermənistana köçmüş insanlarla danışırıq, kimin qayıtmaq və ya qohumlarının məzarını ziyarət etmək istədiyini öyrənirik. ABŞ Ermənistan hökumətinə, yerli hakimiyyət orqanlarına Qarabağdan gələnləri səmimi qarşılayan könüllülərə yaxın olacaq. Biz onlarla işləyəcəyik ki, ehtiyacı olan ailələrə lazımi dəstəyi verə bilək”. 
Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Laçın sərhəd buraxılış məntəqəsinə yaxın Kornidzorda jurnalistlərlə söhbətində bildirib. 
Erməni jurnalistin USAİD rəhbərinə təxribatçı sual ünvanlayaraq baş verənləri “etnik təmizləmə” adlandırıb-adlandırmadığına gəldikdə, Samanta Pauer deyib ki, Qarabağda beynəlxalq təşkilatların nümayəndəsinin olmadığından bu barədə konkret  bir söz deyə bilməz.
“Bizim diqqətimiz ən həssas qruplara və Qarabağı tərk etmək istədikləri təqdirdə onlara kömək etməkdir”, - Pauer bildirib. \\Ölkə.Az


Tarix: 26 sentyabr 2023
Baxış: 144

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş