Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Paşinyandan Qarabağdan gələnlərlə bağlı tapşırıq, İrəvan üsyanı dayandı - SENSASİON TƏFSİLAT

“Hraparak” erməni qəzeti yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz komandasının üzvlərinə xəbərdarlıq edib ki, Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir. Çünki onlar Ermənistan hakimiyyəti üçün "saatlı bombaya" çevrilə bilərlər.
Nəşrin yazdığına görə, Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarının Qarabağda 20 minə yaxın erməninin qalmasını təmin etməyə çalışacaqlarına inanır. Bu, RSK-nin Qarabağ bölgəsində olmasını əsaslandırmaq üçün lazımdır.
Digər tərəfdən erməni mediası qeyd edir ki, ölkə müxalifəti öz tərəfdarları və üzv təşkilatların potensialı ilə öz imkanları daxilində "humanitar fəlakət"in aradan qaldırılması işinə qoşulduğu üçün axşama planlaşdırılan mitinqi təxirə salıb.
Yəni dünən, srağagün və ondan əvvəl “humanitar fəlakət” əlamətləri yox idi? Etiraf etməli idilər ki, “kortəbii” mitinqlər iflasa uğradı, Ermənistan ictimaiyyəti kiçik qruplar halında İrəvanda çətinlik və diskomfort yaratmağa çalışan müxalifəti dəstəkləmədi? Özlərini rüsvay etməyi dayandırmaq variantı (“humanitar böhran”) ortaya çıxdı. \\Ölkə.Az

Tarix: 26 sentyabr 2023
Baxış: 155

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş