Daşkənddə özbək əlifbasının daha bir variantı təqdim edildi
Latın qrafikasına əsaslanan özbək əlifbasının yeni variantı təqdim edilib.
Gender.Az xəbər verir ki, yeni əlifbada dörd hərf dəyişdirilib. Yeni əlifba 28 hərfdən, bir hərf birləşməsindən və apostrofdan ibarətdir.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən Respublika elmi-nəzəri konfransında özbək əlifbasının növbəti variantı müzakirə olunub.
1993-cü ilin sentyabrında Özbəkistanın birinci Prezidenti İslam Kərimov 2000-ci ilə qədər latın qrafikalı əlifbaya tam keçidi nəzərdə tutan “Latın qrafikası əsasında özbək əlifbasının tətbiqi haqqında” qanunu imzaladıqdan sonra türk əlifbası əsas götürülüb.
Amma Türkiyə ilə münasibətlər pisləşdikcə, kiril əlifbasının ümumi ləğvi hər ilin axırına qədər təxirə salınıb və Özbəkistanda iki əlifba birlikdə mövcud olub. 2019-cu ildə özbək əlifbasının daha bir “son” versiyası təqdim edilib.
2021-ci ilin fevralında hökumət özbək əlifbasının latın qrafikasına mərhələli keçidi üçün yol xəritəsini təsdiqləyib. \\KONKRET.az
Tarix: 22 sentyabr 2023
Baxış: 184
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş