Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
BİABIRÇILIQ! Şəhidin dəfni zamanı “qəşş” edib gülən şəxs məşhur iş adamı imiş (VİDEO)


2024-cü ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.

Növbəti ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard manata yaxın olması nəzərdə tutulur. Bu isə 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 66,8 % çoxdur.
Maliyyə Nazirliyinin büdcə təqdimatında təqdim etdiyi proqnozlara görə Azərbaycanda iqtisadi inkişafın əsas drayveri qeyri-neft sektoru olacaq və neft-qaz sektorundakı azalma qarşıdakı illərdə də davam edəcək.
İqtisadçı Xalid Kərimli büdcə hazırlanarkən əsas diqqətə alınan amillərdən danışıb.
Maliyyə Nazirliyinin verdiyi məlumata əsasən, ümumi dövlət xidmətləri xərcləri 15% artırılaraq 4 milyard 814,9 milyon manat olacaq. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri, təhsil, səhiyyə və mədəniyyət sahələri isə isə 4 % artırılacaq. Həmçinin müdafiə və təhlükəsizlik xərclərinin 6% artırılaraq 6 milyard 421 milyon manat olması nəzərdə tutulur*
Eyni zamanda proqnozlara əsasən mənzil-kommunal və sosial təminat xərclərinin də 5% artırılacağı gözlənilir. Azərbaycan neftinin büdcə qiyməti isə 2023-cü ildə olduğu kimi 60 dollar olacaq.
Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

 
Tarix: 21 sentyabr 2023
Baxış: 190

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş