Redaktor seçimi
    Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Xəbər lenti
Reklam
Sabah bu ərazilərdə qaz olmayacaq

Saat 09:30-dan payız-qış mövsümünə hazırlıqla əlaqədar “Yeni Binə 3 xətt” ölçü qovşağından Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan “Zəyəm” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa işləri və “Keşlə” QPS-dən qidalanan “Şüşə” orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin əvəz olunması məqsədi ilə adıçəkilən ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Gender.az xəbər verir ki, bu haqda “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M. Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə də Şəmkir rayonunun 1 hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 20 sentyabr 2023
Baxış: 166

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş