Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Erməni silahlı birləşmələrinin Qarabağ ərazisində varlığına bir neçə günə son qoyulacaq" - QƏTİ MÖVQE

“Antiterror əməliyyatı zamanı erməni silahlı birləşmələrinin yerləşdiyi mövqelər dəqiq atəşlərlə susdurulur”.
Gender.Az xəbər verir ki, bunu Konkret.Az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Bildirib ki, son günlər Ermənistanın təxribatları həddindən artıq çoxaldığından bu əməliyyatın başlaması gözlənilən idi:
“Ermənilərin son təxribatları nəticəsində xeyli sayda Azərbaycan vətəndaşı həlak olub. Əlbəttə ki, bunlar qəbul edilə bilməz. Ermənistan tərəfi dövlət sərhədini pozur, Azərbaycan ərazisinə kəşfiyyat-diversiya qrupları göndərir və təxribatlar törədir, Azərbaycan ərazisi minalanır. Ermənilər bununla Qarabağda yenidənqurma prosesinin qarşısını almağa çalışırlar. Beləliklə, infrastruktur layihələrinin həyata keçirilməsində çətinliklər yaranır. Günahsız insanlar minaların qurbanına çevrilir. Ermənistan tərəfi bütün bunlara görə məsuliyyət daşıyır. Düşmən ölkə bu məsuliyyəti dərk etməlidir və bu addımlara son qoymalıdır. Əks halda, Azərbaycan antiterror əməliyyatlarını davam etdirmək hüququnu özündə saxlayır. Oradakı silahlı birləşmələr, minaları əraziyə döşəyənlər, Azərbaycan vətəndaşlarının həyatına qəsd edən şəxslər məhv ediləcək. Eyni zamanda, Ermənistanın sərhəddə döyüş mövqeyinə çıxardığı hərbi texnika sıradan çıxarılacaq. Bunlar məhv edilmək üçün legitim hədəflərdir. Erməni silahlı birləşmələrinin Qarabağ ərazisində varlığına bir neçə günə son qoyulacaq”.

Tarix: 19 sentyabr 2023
Baxış: 163

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş