Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı ermənilərin itlərdən terror aktı üçün istifadəsini pislədi

Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib.
Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb.
“Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır, qeyri-etikdir və bu itin həyatına, eləcə də insan həyatına nə qədər az dəyər verildiyini göstərir. Səssiz, müdafiəsiz heyvanlardan istifadə iyrəncdir. Biz bu məsələni Beynəlxalq Heyvanların İdarə Olunması (ICAM) koalisiyası və itlərin rifahına diqqət yetirən digər xeyriyyə təşkilatları ilə birlikdə qaldırdıq”, - Ümumdünya Heyvanların Mühafizəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən ofisinə müraciət ünvanlayıb. Müraciətdə təşkilatdan erməni silahlılarının Azərbaycana qarşı terror aktında itlərdən istifadə cəhdlərinə reaksiya verilməsi istənilib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. \\Ölkə.az 

Tarix: 18 sentyabr 2023
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş