Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Paşinyandan Moskvaya sərt reaksiya: Cəhd edin, görün sizi nə gözləyir

“Sizin və xaç atalarınız üçün bu, 1999-cu il, oktyabrın 27-si deyil (Həmin tarixdə Ermənistan parlamentində terror aktı olub. Ermənistan parlamentinin spikeri Karen Dəmirçiyan, baş nazir Vagen Sərkisyan, vitse-spiker Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Lenard Petrosyan və daha 3 deputat qətlə yetirilib. 7 nəfər yaralanıb, 40-dan çox deputat girov götürülüb-red). Sadəcə, cəhd edin və sizi zəngin asfalt pəhrizi gözləyir”.
Gender.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin İrəvan mer seçkilərində müxalifətin hərəkətlərinə mövqeyini açıqlayarkən deyib.
Müxalifəti debatdan yayınmaqda ittiham edən Paşinyan deyib ki, debatlarda iştirak etməmək saxtakarın, tiranın, qəsbçinin, qəsdçinin yanaşmasıdır.
“Debata gəlməyənlərdən biri İrəvan sakinlərini səs verməyə çağırır. Başqalarını atıb siyasi dueldən qaçmağa təşviq edirsiniz. Mən güllələnmədən danışanlara, İrəvanı qanla almaqdan danışanlara məsləhət görərdim ki, söz ehtiyatlarına yenidən baxsınlar”.
O eyni zamanda əlavə edib ki, seçkilərdə debatlar məcburi xarakter almalı, debatlarda iştirakdan imtina edənlərin qeydiyyatı ləğv edilməlidir.
10 noyabr 2020-ci ildən sonra Ermənistanda vəziyyətin indiyədək sabitləşməməsinə də aydınlıq gətirən Paşinyan deyib: “Bilirsiniz, niyə noyabrın 10-dan sonra vəziyyət sabitləşmir? Çünki bəziləri məqsədlərinə çata, bilmədilər. Əslində Ermənistanı diz çökdürmək istəyənlər onlardır. Onlar bu tribunadan müstəqillikdən, suverenlikdən danışanda məhz bunu nəzərdə tuturlar”. \\Ölkə.az

Tarix: 16 sentyabr 2023
Baxış: 152

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş