Qanunsuz at ətinin istehsal edildiyi təsərrüfat aşkarlandı
Cəlilabadda qanunsuz at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatı aşkarlanıb.
Bu barədə "Gender.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA-nın Lənkəran-Astara regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Cəlilabad rayonunun Təzəkənd kəndində qanunsuz olaraq at ətinin istehsal edildiyi heyvandarlıq təsərrüfatına baxış keçirib. Baxış zamanı heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsildiyi və ətin sellofan torbalara yığılmaq üçün hazırlandığı aşkar edilib. Aşkarlanmış at ətindən nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Tarix: 12 sentyabr 2023
Baxış: 125
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş