BMT rəsmisi Ermənistana çağırış etdi
"BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq".
"Gender.az" xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarik BMT-nin gündəlik mətbuat konfransında "Report"un müxbirinin Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualını cavablandırarkən deyib.
Sözçü əlavə edib ki, BMT Baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır.(Report)
Tarix: 12 sentyabr 2023
Baxış: 148
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş