Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Rusiyadan Ermənistana sərt ETİRAZ

Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt təqdimat verilib. 
Gender.Az "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytındadərc olunan məlumatında deyilir.
"Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt təqdimat verilib", - Rusiya diplomatik departamenti bildirib.
“Bundan əlavə, Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Robertoviç Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, informasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarovaya və bütövlükdə Rusiya Xarici İşlər Nazirliyinə ünvanladığı təhqiramiz bəyanatlarının qəbuledilməzliyini göstərən etiraz notası təqdim edilib”, - nazirlikdən əlavə edilib.
Nazirlik həmçinin qeyd edib ki, Moskva qəti şəkildə Rusiya Federasiyası və Ermənistanın müttəfiqlər olaraq qalacağına və əlaqələrin inkişafı və möhkəmləndirilməsinə dair bütün razılaşmaların iki ölkə xalqlarının rifahı naminə tam şəkildə yerinə yetiriləcəyinə inanır. “Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında nizamlanmanın təşviqi məqsədilə təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir”, - Rusiya XİN əlavə edib.
“Rusiya tərəfi bu məqsədlər üçün bütün lazımi səyləri göstərməyə davam edəcək”, - deyə diplomatik xidmət yekunlaşdırıb. \\Redaktor.Az

Tarix: 08 sentyabr 2023
Baxış: 146

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş