Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Mirzə Ələkbər Sabirin nəvəsinin sürücülük hüququ məhdudlaşdırıla bilər

Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli idarəçilik qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur. 
Gündüz Tahirli baərsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Ülviyyə Şükürovanın icraatında verilib. 
529.3-cü maddədə cəza növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. \\Qaynarinfo 

Tarix: 07 sentyabr 2023
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş