Xəbər lenti
Reklam
Hava şəraiti ilə bağlı xəbərdarlıq: Leysan olacaq

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.
Bölgələrdə şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti 20-25 m/san-dək güclənəcək.
İntensiv leysan xarakterli yağışlar səbəbindən Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Kürmükçay, Şinçay, Oğuz-Qəbələ bölgəsinin ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin ərazisindən axan Vəlvələçay, Qaraçay, Qazax-Gəncə bölgəsinin ərazisindən axan Əsrikçay, Gəncəçay, Qabırrıçay, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Gorançay, Quruçay Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Tarix: 31 avqust 2023
Baxış: 170

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş