Temperatur 50°C-ə qədər YÜKSƏLƏCƏK
Fransa Tədqiqat və İnkişaf İnstitutunun (IRD) iqlim dəyişikliyi üzrə eksperti Fransuaza Vimeux yaxın 30 ildə Fransada 50°C-ə qədər anormal yüksək temperaturun qeydə alına biləcəyini bildirib.
Gender.Az xəbər verir ki, bu barədə France Info məlumat yayıb.
Onun sözlərinə görə, bu cür göstəricilərin temperaturu 2050-ci ilə qədər ola bilər.
Vimeux həmçinin qeyd edib ki, "yay mövsümü daha uzun olacaq və iyundan sentyabr ayına qədər istilik dalğaları" daha sıx və uzun sürəcək.
O vurğulayıb ki, 2040-cı ilə qədər ölkənin cənub-şərqindəki Lionda anomal yüksək temperaturlu günlərin sayı 35-ə çatacaq, halbuki ötən əsrin sonunda bu rəqəm 10-u keçməyib. \\News24.az
Tarix: 22 avqust 2023
Baxış: 237
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş