Xəbər lenti
Reklam
Avtomobillərin icbari sığorta qiymətləri artdı - VİDEO

Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.
Gender.Az xəbər verir ki, sığorta eksperti Vüsal Bədəlov Xezerxeber.az-a bildirib ki, bu sahədə tətbiq edilən yeni qaydalar qiymət dəyişikliyinə səbəb olub. Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində nəqliyyat vasitələrinin icbarı sığortasına maraq bir qədər azalıb.
Ekspert diqqətə çatdırıb ki, hazırki qiymətlər sığorta şirkətlərinin xərclərini qarşılamır. Çünki sığortalıya ödənilən vəsaitin miqdarı xeyli yüksəlib. Ekspert bunu müəyyən səbəblərlə əlaqələndirib.
O, qeyd edib ki, gələcəkdə icbari sığorta qiymətlərində yenidən bahalaşmanın şahidi ola bilərik.
Vüsal Bədəlov əlavə edib ki, sığorta şirkətləri qiymətləri yenidən artıracağı təqdirdə sığortalıya ödənilən məbləğin də həcmi yüksələcək.




Tarix: 21 avqust 2023
Baxış: 233

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş