Xəbər lenti
Reklam
Qanda şəkəri artıran meyvələr

Meyvə və tərəvəzlər ən sağlam qidalardan biridir. İstər xəstəliklər səbəbi, istər arıqlamaq məqsədi ilə pəhriz tutan hər kəsin rasionunda olan qida məhz meyvə və tərəvəzlərdir. Amma bu məhsulların bəziləri vitamin deposu olmaqla yanaşı, həm də qandakı şəkərin miqdarını artıra da bilər.
Gender.Az xəbər verir ki, diyetoloq Ponomarevanın sözlərinə görə, meyvə və tərəvəzlər ən sağlam qidalardan biri olsa da, onun bəzi növləri qan şəkərində sıçrayışa səbəb ola bilər.
“Pəhriz saxlayan insanlar şəkərli yemək və spirtli içkilərdən uzaq olmaları səbəbi ilə onların qanındakı şəkərin miqdarı adətən normal səviyyədə olur. Lakin qandakı şəkərin sıçrayışna səbəb olan meyvə və tərəvəzlərin qəbulu həmin şəxslərin səhhətinə ziyan vura bilər. Buna səbəb isə onların tərkibindəki şəkər miqdarının gözardı edilməsidir.
Qlisemik indeks, orqanizmin karbohidratları qlükozaya nə qədər parçaladığını izah etdiyi üçün qidalar bu indeksə əsasən aşağı, orta və ya yüksək indeksli olaraq qiymətləndirilir. Sağlam hesab edilən qidalardan da bəziləri yüksək qlisemik indeksə malikdir ki, bu da onların yüksək qan qlükozasına səbəb ola biləcəyini göstərir.
Yüksək Qİ-ə malik olan qidalar sürətlə parçalanır və qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb olur. Nəticədə diabetli insanlarin qan şəkərinin kəskin yüksəlməsinə rast gəlinir. Onlar bu yüksəlməni "sıçrayışlar" adlandırırlar". Həmin vəziyyətdə xəstənin halı pisləşə bilər, məhz bu səbəbdən qlikemik indeksi yüksək meyvə- tərəvəzlərin qəbuluna xüsusi diqqət yetirilməlidir”.
Diyetoloq qeyd edir ki, qarpız, kartof və quru meyvələr bu siyahıda ilk yerləri tutur. Daha yüksək Qİ olan digər meyvə və tərəvəzlərə yerkökü, cəfəri, çuğundur, şirin qarğıdalı, banan, portağal, manqo, üzüm və armud da daxildir. Bu məhsulların qəbulu zamanı, xəstələrdə tez-tez aclıq hissinin olmasına rast gəlinir.
"Yüksək Qİ olan qidalar orqanizimin insulin istehsal etməsinə səbəb ola bilər və xəstə iki-üç saat ərzində aclıq hiss edir. Bu hal insanın daha çox yemək istəməsinə səbəb ola bilər. Diabetli insanlar daha yüksək Qİ olan qidalara diqqətli olmalıdırlar, çünki bədəndə qanın qlükoza səviyyəsini idarə etmək qabiliyyəti azalır və ya o qədər kəskin şəkildə azalır ki, yox kimi hesab oluna bilir.”

Mənbə: Medicina.Az

Tarix: 09 avqust 2023
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş