Xəbər lenti
Reklam
"Marsel əzəli erməni şəhəridir, Makron" - Rusiyalı ekspert

Rusiyalı siyasi ekspert və məsləhətçi, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Facebook-da Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
““Bunu necə bəyənirsən, Makron?
Marsel qədim erməni şəhəridir. Ona görə də Fransa prezidenti Emmanuel Makron lazımi şərait yaratmalıdır ki, dünyanın hər yerindən ermənilər sərbəst şəkildə Marselə gəlsin, Fransa büdcəsi hesabına orada məskunlaşsın, köçən hər bir erməniyə 20 min avro ödənsin. Marselə yeni gələn ermənilərin hər biri sadələşdirilmiş prosedur əsasında Aİ vətəndaşlığını alacaq.
Marsel ətrafı ilə birlikdə xüsusi statusa malik, öz parlamenti və adı olan, özünü idarə edən muxtar ərazi vahidi statusunu almalıdır. İdeoloq Sarqis Tsaturyanın çoxdan gözlədiyi dənizə çıxış da olacaq. Paris hər il Marselə 500 milyon avro məbləğində subsidiya verməlidir.
P.S. Və əgər Makron inadkar olarsa və Marsel əhalisinin öz müqəddəratını təyinetmə ilə bağlı ədalətli tələbinə müdaxilə edərsə, soyqırım siyasətinə görə Fransaya beynəlxalq sanksiyalar tətbiq edilməlidir”. – deyə Korotçenko bildirib. \\KONKRET.az

Tarix: 08 avqust 2023
Baxış: 187

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş