Gender.Az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Prezident Ərdoğan Putinə bildirib ki, Türkiyə Qara dəniz taxıl sazişinin davam etdirilməsi üçün sıx səylər və diplomatiya davam etdirəcək.
Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, iki lider Putinin Türkiyə səfəri ilə bağlı razılığa gəliblər.
Prezident Ərdoğan Rusiyanın Türkiyənin meşə yanğınları ilə mübarizəsi üçün göndərdiyi 2 amfibiya yanğınsöndürmə təyyarəsi üçün həmkarına təşəkkürnü bildirib.
Həmçinin rus turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edib.
Və bu il turizmdə rekordun qırılacağına inandığını bildirib.
Rusiya-Ukrayna müharibəsi zamanı gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu ifadə edən prezident Ərdoğan, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimə fayda verməyəcəyinə, ən çox əziyyəti taxıla ehtiyacı olan və gəliri az olan ölkələrin görəcəyinə diqqət çəkən prezident Ərdoğan, taxılın qiymətlərinin 23 faiz ucuzlaşdığını söyləyib. Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Qara dəniz təşəbbüsünün davam etdirilməsi üçün intensiv səylər və diplomatiya həyata keçirməyə davam edəcək.
Xatırladaq ki, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən ilin yayında Qara dəniz taxıl sazişində vasitəçilik edib. Moskva keçən ay beynəlxalq ictimaiyyətin Rusiyanın saziş çərçivəsində taxıl və gübrəni sərbəst ixrac edə bilməməsindən şikayət etməsindən sonra sazişdən çıxmışdı.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Linda Tomas-Qrinfild ötən həftə Rusiyanın taxıl sazişi üzrə danışıqlara qayıtmaqda maraqlı ola biləcəyinə dair “göstəricilərin” olduğunu bildirsə də, əlavə təfərrüatlar açıqlamayıb. \\Yenigundem.az