“Qərbi Azərbaycan İcmasının doğma yurdlarına qayıtmaq hüququ var”
“Qərbi Azərbaycan İcmasının Ermənistanda 1980-ci illərin sonunda qovulduğu doğma yurdlarına qayıtmaq hüququ var”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə nəzər saldıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və yerli icma olduqlarını görmək mümkündür: “Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Qərbi Azərbaycan İcması öz vətəninə qayıtmaq hüququna sahibdir. Təəssüflər olsun ki, Ermənistan bu icmanın hüquqlarını tam olaraq pozur”.\\Yeniavaz.com
Tarix: 02 avqust 2023
Baxış: 209
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş